Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri ParlamentAssambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.
Görüşdə eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşənxalqlarımız, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha dadərinləşməsində türk dövlətləri təşkilatlarının fəaliyyətlərininəhəmiyyəti qeyd olunaraq, bu mənada TÜRKPA çərçivəsindəəməkdaşlığın vacib rolu vurğulanıb. Qeyd olunub ki, Türk DövlətləriParlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalıişbirliyinin səmərəli mexanizminə çevrilib. Milli Məclis həmTÜRKPA-ya üzv qardaş ölkələrin parlamentləri ilə, həm də çoxtərəfliəməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirir.
Söhbət zamanı təşkilatın gələcək fəaliyyəti və perspektivplanları ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədriTÜRKPA-nın institusional fəaliyyətinin daha səmərəli həyatakeçirilməsi ilə bağlı fikirlərini bildirib.
Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi keçirdiyi görüşlər vəapardığı müzakirələr haqqında məlumat verib.