AZ

Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tariflər müzakirə edilib

Bakı. Trend:

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziriMaka Botçorişvili arasında telefon danışığı baş tutub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və stratejitərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərinimüzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədəmövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərinmünasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyivurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların dahada genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədəmüzakirə apararaq, bölgədə bu istiqamətdə səyləri alqışlayıblar.Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistanaixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığıməmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davametdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun BayramovGürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinəgörə qarşı tərəfə təşəkkürünü bildirib.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafındafikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramımünasibətilə səmimi təbriklərini çatdırıb, iki ölkə arasındamünasibətlərin yeni ildə daha da möhkəmlənəcəyinə əmin olduqlarınıbildiriblər.

Seçilən
82
47
az.trend.az

10Mənbələr