Rusiya Prezidenti Vladimir Putin idman mərc oyunları da daxil olmaqla, qumar fəaliyyətini qadağan edən qanunu təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalında məlumat verilib.
Qanun 2026-cı ilin sentyabrında qüvvəyə minəcək. Daha əvvəl sənəd Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənmişdi.
Yeni qanuna əsasən, vətəndaşlar qumar oyunlarına minimum bir il müddətinə qadağa qoymaq hüququna malikdir. Qadağanı Dövlət Qulluğu veb-saytı vasitəsilə təqdim etmək mümkündür və müddət ərzində geri götürülə bilməz.
Qeyd edək ki, bundan əvvəl Bryansk Desna basketbolçuları Sergey Julkov və İvan Moxnarilov idman mərc oyunlarına görə diskvalifikasiya olunmuşdu. Hər iki oyunçunun diskvalifikasiya müddəti 8 dekabr 2027-ci il tarixində başa çatacaq və onlar oyunların nəticələrinə qanunsuz təsir göstərməkdə ittiham olunurdular.