İcarə əsasında 1-ci Liqa təmsilçisi MOİK-in futbolçusu Mehrac Baxşalı Premyer Liqa klublarından iki təklif alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, müqavilə ilə "Qəbələ"yə məxsus olan sol cinah vingeri (cinah müdafiəçisi mövqeyində də çıxış edir) iş yerini dəyişməyin əleyhinə olmasa da, "hərbçilər" onu buraxmaq niyyətində deyillər.
Ötən mövsümün ikinci yarısını icarə əsasında digər 1-ci Liqa komandası "Mingəçevir"də keçirən Mehrac iş yerini dəyişmək üçün yayı gözləmək məcburiyyətindədir.
Qeyd edək ki, qarşısına yüksək hədəflər qoyulan MOİK qışa qədər arzulanan performansla diqqət çəkməyib. İlham Yadullayevin çalışdırdığı kollektiv 1-ci Liqanın turnir cədvəlində 14 xalla 6-cı pillədə mövqe tutub.
Nihat