Voronejdə təmizlik edən qızın əlindəki parça qəfil alovlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sintetik parça və kimyəvi maddə sürtünmə zamanı yanğına səbəb olub, statik elektrikdən qaynaqlanan hadisə qorxu yaradıb.
Məlumata görə, Voronejdə təmizlik işləri zamanı nadir və təhlükəli hadisə baş verib. Gənc qız qapını silərkən sintetik əskidən istifadə edib və səthi əvvəlcədən yağ təmizləyici vasitə ilə emal edib.
Səth üzərində bir neçə sürtünmə hərəkəti etdikdən sonra əski qəfildən alovlanıb və qızın əlində yanmağa başlayıb.
İlkin məlumatlara görə, yanğına səbəb statik elektrik boşalması olub.
Mütəxəssislər bildirir ki, sürtünmə nəticəsində yaranan bu cür alovlanma istənilən qeyri-metal səthlərdə baş verə bilər.
Xuraman Etibarlı
İnterpress.az