AZ

Qubada "Məktəbli kuboku"nun son turu keçirilib - FOTOLAR

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin akt zalında Quba, Qusar, Xaçmaz və Şabran rayon məktəblilərindən ibarət 18 komandanın iştirakı ilə "Məktəbli kuboku"nun son turu təşkil edilib.

Bu barədə "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov məlumat verib. Onun sözlərinə görə, qeyd edək ki, turnir "Xəzər İntellektual Gənclər Klubu" ictimai birliyinin təşəbbüsü və təşkilati dəstəyi, Quba rayonu üzrə təhsil sektorunun və "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin texniki dəstəyi ilə keçirilib.

Seçilən
81
qht.az

1Mənbələr