Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-də aparılan danışıqlardan sonra Ukrayna üzrə sülh danışıqlarında əldə olunan irəliləyişdən məmnun olduqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və bəzi Avropa liderlərinin iştirakı ilə uzun telefon danışığı aparılıb.
“İrəliləyiş əldə edildiyini öyrəndik və bunu məmnunluqla qarşılayırıq”, - o qeyd edib.
Fon der Lyayen Aİ-nin Ukrayna və ABŞ ilə birlikdə əldə olunan irəliləyişi möhkəmləndirmək üçün işləməyə hazır olduğunu vurğulayıb və ən vacib məsələlərdən birinin ilk gündən etibarən güclü təhlükəsizlik zəmanətlərinin təmin edilməsi olduğunu diqqətə çatdırıb.