AZ

Türkiyədən Qazaxıstana tekstil ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 74 milyon 793 min 79 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq, 8 milyon 276 min 49 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 743 milyon 45 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 9 milyard 409 milyon 452 min dollar məbləğində tekstil ixrac edib.

Seçilən
23
30
turkic.world

10Mənbələr