AZ

Benzin, dizel və maye qaza görə yol vergisi artırılır

Bakı. Trend:

Azərbaycan ərazisində istehsal edilərək daxili istehlakayönəldilən benzin, dizel və maye qaza görə yol vergisiartırılacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsaledilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobilbenzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onlarınhər litrinə 0,05 manat artırılaraq 0,07 manatolmaqla hesablanacaq və topdansatış qiymətinə (ƏDV və aksiz daxilolmaqla) əlavə ediləcək.

İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qazagörə yol vergisi onların hər litrinə 0,05 manat artırılaraq0,07 manat olmaqla hesablanacaq və Gömrük Məcəlləsinəuyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazarqiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz vəƏDV daxil olmaqla) əlavə ediləcək.

Müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibindəməqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənediləcək.

Seçilən
133
5
az.trend.az

6Mənbələr