Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərindəgücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, poçt,telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri vəradio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təminedilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininqurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına,internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcəkproblemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətəgətirilib.