AZ

İtalyanlar satacaq, pulu türklərə çatacaq

İtaliyanın “Cagliari” klubunda ulduzu parlayan türk futbolçu Semih Kılıçsoy həm şərəfini qoruduğu komandaya, həm də mənsub olduğu “Beşiktaş”a sərvət qazandıracaq. Metbuat.az xəbər verir ki, mövsümün əvvəlində İtaliyanın “Cagliari” klubuna kirayə verilən Semih son iki matçda nümayiş etdirdiyi oyunla diqqətləri öz üzərinə cəmləyib.

Hər iki matçda rəqib qapıçıları məyus edən Kılıçsoy dəyərini artırmağı bacarıb. Xarici medianın yazdığına görə, Avropa nəhəngləri türkiyəli ulduza elçi düşüb. Mövsümün sonunda Semihin ən azı 12 milyon avroya satılacağı gözlənilir. Mövsümün əvvəlində tərəflər arasında əldə edilmiş razılığa uyğun olaraq, bu pulun 20 faizi “Beşiktaş”a çatacaq.

Seçilən
87
metbuat.az

1Mənbələr