AZ

İdman sahəsində uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yüksək nəticələrə gətirib çıxarır - Kamaləddin Qafarov

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenticənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuşmərasimdəki çıxışı bir daha göstərdi ki, idmanın inkişafı ölkəmizdətəsadüfi proses deyil, ardıcıl və strateji dövlət siyasətininnəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu ilidmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddəçatıb və beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən600-dən artıq qızıl medal əldə olunub. Bu göstəricilər təkcəstatistik uğur deyil, eyni zamanda uzun illər ərzində həyatakeçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. İdmanıninkişafına göstərilən diqqət və qayğı, bu sahədə uğurla aparılandövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır vəidmanda əldə edilən nailiyyətlərin əsas ideoloji təməlini aydınşəkildə ifadə edir.

Bu sözləri Trend-əverdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovdeyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlətbaşçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturununyaradılması məsələsinə toxunması da təsadüfi deyil: “CənabPrezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olarki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığınıxüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdmanKomplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərinsayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafınaverdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eynizamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlbolunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğukimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hərcür şərait var və bu amil kütləvi idmanın inkişafınıstimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanınAzərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinəçevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ənmötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medallarınsayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmanamarağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birinitamamlayır” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Seçilən
188
12
az.trend.az

2Mənbələr