Qloballaşan dünyada milli maraqların qorunması və təbliği baxımından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xüsusi əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatları vasitəsilə daha sistemli və məqsədyönlü fəaliyyət göstərməsi, beynəlxalq ictimai rəyin formalaşdırılmasında fəal iştirak etməsi milli birliyin praktik nəticələridir. Bu kontekstdə informasiya təhlükəsizliyi, tarixi həqiqətlərin qorunması və Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda müdafiəsi mühüm prioritetlər sırasında yer alır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş diaspor siyasəti dünya azərbaycanlılarının təşkilatlanma səviyyəsini əhəmiyyətli dərəcədə artırmış, onların beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora çevrilməsinə şərait yaratmışdır. Azərbaycan dövlətinin artan siyasi çəkisi, iqtisadi potensialı və hərbi qüdrəti xaricdə yaşayan həmvətənlərimiz üçün güclü mənəvi dayaq olmaqla yanaşı, milli məsuliyyət hissini də daha da artırmışdır. Xüsusilə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə milli həmrəyliyin gücünü bütün dünyaya nümayiş etdirmiş, dünya azərbaycanlılarının vahid mövqedən çıxış etməsinin strateji əhəmiyyətini bir daha təsdiqləmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eyni zamanda gələcək nəsillərə ünvanlanan ciddi siyasi və mənəvi çağırışdır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli kimliyini, ana dilini, mədəniyyətini və tarixi irsini qorumağa, dövlət maraqlarını müdafiə etməyə məsuliyyət daşıyır. Bu baxımdan gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsi, onların diaspor fəaliyyətinə cəlb edilməsi və dövlətçilik düşüncəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
31 Dekabr tarixi Azərbaycan xalqının sarsılmaz birliyinin, milli iradəsinin və müstəqil dövlətinə sədaqətinin rəmzidir. Bu əlamətdar gün bir daha sübut edir ki, güclü Azərbaycan dövləti güclü milli birlik üzərində qurulub və dünya azərbaycanlılarının həmrəyliyi ölkəmizin davamlı inkişafının, beynəlxalq nüfuzunun və strateji gələcəyinin etibarlı təminatıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31