Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağdamın 149 nömrəli orta məktəbinin direktoru ilə müəllimi arasında borc qalmaqalı yaşanır. Məsələ böyüyərək, məhkəmə müstəvisinə çıxıb.
Bizimyol.info xəbər verir ki, müəllim borca görə məktəbin direktoru Arzu Qədirovanı məhkəməyə verib. Müəllim iddia edir ki, direktor onu aldadıb, aldığı pulu illərdir qaytarmır. Onun sözlərinə görə, hələ 2022-ci ildə Arzu Qədirova ondan 7000 manat borc alıb. Bunun 3000 manatını qaytarsa da, 4000 manatı indiyə qədər qalıb:
“Arzu Qədirova işlədiyim 149 nömrəli məktəbin direktorudur. Biz də orada tanış olmuşuq. Bir müddət sonra Arzu Qədirova məndən 7000 manat borc istədi, qısa müddətdə qaytaracağını dedi. Mən də inanıb, 7000 manatı ona verdim. Sonra borcdan 3000 manatı geri qaytardı, qalanını vermədi. Arzu Qədirova məni aldadıb, nəticədə mənə 4000 manat ziyan dəyib”.
Direktora dəfələrlə çağırış göndərilsə də, o, məhkəməyə gəlməyib. Lakin məhkəmə Arzu Qədirovanın bu borcla bağlı etirafı olan sübutları nəzərə alaraq, müəllimin iddiasını təmin edib. Ağdam Rayon Məhkəməsində qərar verilib ki, borcdan qalan 4000 manat və məhkəməyə müraciət üçün iddiaçının ödədiyi 60 manat rüsum direktordan alınaraq, müəllimə verilməlidir.
Aytən, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.