AZ

"Bornmut"un vingeri İngiltərə nəhənginə keçməyə yaxındır - SON DURUM

"Bornmut"un vingeri Antuan Semenyonun yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Semenyo ilə "Liverpul" və "Mançester Yunayted" maraqlansa da, indiki durumda cinah hücumçusunun "Mançester Siti"yə keçmək ehtimalı daha yüksəkdir. Mənbə "şəhərlilər"in idman direktoru Uqo Viananın sözügedən oyunçunun təmsilçiləri ilə apardığı danışıqların müsbət sonluqla yekunlaşmaq üzrə olduğunu bildirib.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 18 matça çıxan Semenyo 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 25 yaşlı futbolçunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat
 

Seçilən
77
fanat.az

1Mənbələr