AZ

Rusiya Baltikyanı ölkələrə hücum edəcək? - Kəşfiyyat məlumatı açıqlandı

Hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya NATO-ya üzv olan hər hansı bir dövlətə hərbi müdaxilə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Estoniya ictimai yayımçısı ERR məlumat verib.

Bəyanatı Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin yayıb. Rosinin sözlərinə görə, Rusiya tərəfi alyansla açıq münaqişədən qaçmaq istəyini nümayiş etdirir.

"Rusiyanın NATO-ya hörmət etdiyi və hazırda hər hansı açıq münaqişədən qaçmağa çalışdığı aydındır", - deyə o qeyd edib.

Estoniya kəşfiyyatının rəhbəri həmçinin əlavə edib ki, Rusiya xüsusilə sərhəd yaxınlığında dron və təyyarələrin uçuş marşrutlarını izləməklə insident riskini minimuma endirməyə çalışır.

Seçilən
129
publika.az

1Mənbələr