Bakı. Trend:
Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılanaraşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya vəUkrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digərsilahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzivətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətindəqeyd olunub
Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan,ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var.
Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını,təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətinali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə ziddfəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsəmünasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasındaqətiyyətli və barışmaz mövqe nümayiş etdirir.
Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdəiştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayətqanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görəağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq,yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətinvətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmivəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafatəldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə AzərbaycanRespublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlıbirləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayəthesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdətutulur.
Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı birideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, AzərbaycanRespublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlıbirləşmələrdə iştirak etmək cinayət hesab edilir.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımızbarəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizəorqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrəibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrəməhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsindəmüvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdanməhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olandigər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davametdirilir.
Ölkəmizin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqlarınqarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyənedilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruritədbirləri görməkdədir.
Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşınınvəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətəninimüdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan,azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz.Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isəhər birimizin mənəvi və hüquqi məsuliyyətidir.
Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlarauymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağaçağırırıq.