Bakı-Sumqayıt yolunda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilir.
Hadisə nəticəsində 99-FP-276 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil yolun hərəkət hissəsində aşıb, nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəsarət alanlar barədə hazırda məlumat yoxdur.