“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo “Espanyol”la derbi matçında forma geyinməyəcək.
Apasport.az “Diario Sport” nəşrinə istinadla xəbər verir ki, uruqvaylı futbolçu bu gün komanda ilə məşqlərə qayıdacaq.
Lakin onun derbidə meydana çıxması gözlənilmir. 26 yaşlı müdafiəçinin “blauqrana”nın heyətində nə vaxt oynamağa hazır olacağı hələlik dəqiqləşməyib. Bu qərar futbolçunun özündən asılı olacaq.
Qeyd edək ki, “Espanyol” – “Barselona” qarşılaşması 3 yanvar tarixində keçiriləcək.
Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
“Liverpul” “Real”ın hücumçusu ilə maraqlanır
İlin rəmzi heyəti bəlli olub
“Qalatasaray” “Zenit”in müdafiəçisini istəyir
Mareska “Mançester Siti”nin futbolçusunu istəyir