AZ

Azərbaycanda İslam bankçılığı üzrə yeni mərhələ

SER tərəfindən şəriət rəyi verilən Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək.

QHT.az xəbər verir ki, AR Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimi – Regulatory Sandbox mexanizmi çərçivəsində maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsi prosesi davam edir. AMB tərəfindən yayımlanan rəsmi məlumata əsasən, dörd innovativ maliyyə məhsulunun bu çərçivədə test olunması nəzərdə tutulur.

Bu kontekstdə, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) nəzdində fəaliyyət göstərən İslam Maliyyəsi üzrə ekspert Qrupunun qəbul etdiyi qərara əsasən, İslam Maliyyə Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatının (AAOIFI) prinsip və standartları baxımından ABB ASC və Rabitəbank ASC-yə şəriət uyğunluq rəyi təqdim edilmiş məhsullar da xüsusi tənzimləmə rejiminə daxil edilib.

Belə ki: “ABB” ASC tərəfindən təqdim edilən Murabaha əsaslı məhsul və “Rabitəbank” ASC tərəfindən təqdim edilən Mudaraba və Murabaha əsaslı məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankının Regulatory Sandbox mexanizmi çərçivəsində praktiki sınaq mərhələsinə keçid almışdır.

Bu qərar Azərbaycanda İslam maliyyəsi və faizsiz bankçılıq məhsullarının korporativ səviyyədə tətbiqi baxımından mühüm mərhələ olmaqla yanaşı, yerli bank sektorunun alternativ maliyyə alətlərinə açıq olduğunu da nümayiş etdirir.

Sınaq uğurlu olduğu halda bu İslam bankçılığı məhsullarının geniş tətbiqinə, Şəriətə uyğun maliyyə alətlərinin hüquqi və institusional çərçivəsinin möhkəmlənməsinə, Maliyyə inklüzivliyinin və etik maliyyənin inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

 

Seçilən
69
50
qht.az

10Mənbələr