AZ

Joxovurd: "Partiya yoldaşları Simonyanın torbasını tikirlər"

Ermənistanın "Joxovurd" qəzeti özünün hökumətdəki mənbələrinə istinadən yazır ki, seçki məsələləri ilə əlaqədar iclaslarda Alen Simonyanın öz partiya yoldaşlarına son dərəcə aqressiv davranması böyük etiraz və qəzəb dalğası meydana gətirib:

"Parlament sədri öz partiyadaşlarını Baş nazir Nikol Paşinyanın nəzərində hər vəchlə pis göstərməyə çalışır. Bu səbəbdən bir qrup üzv Baş nazirlə görüşməyə,Alen Simonyan və yaxın ətrafının partiyada dominant mövqe qazanmaq üçün necə intriqalar yaratdığınıona danışmağa hazırlaşır".

Qəzet vurğulayır ki, narazı partiya üzvləri Alen Simonyanın Milli Məclisin sədri vəzifəsindən uzaqlaşdırılmasını istəyir:

"Bu məqsədlə hər yola əl atacaqlar. Çünki onlar əmindirlər ki,Nikol Paşinyan özü də Alen Simonyandan çox narazıdır".

(Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makunts)

Qəzetin məlumatına əsasən, Vətəndaş İttifaqı Partiyası, artıq uzun müddətdir ki, parlament sədrliyinə mümkün namizəd barədə müzakirələr aparır:

"Belə şayiələr gəzir ki, 2026-cı ilin iyun ayında keçiriləcək seçkilərdə partiya qalib gələrsə, ölkəninABŞ-dəki sabiq səfiri Lilit Makuntssədr vəzifəsinə gətiriləcək".

Firudin Həmidli
AzVision.az
Seçilən
51
2
azvision.az

3Mənbələr