AZ

Abşeronda mənzildə meyit tapıldı

BAKI, 29 dekabr. TELEQRAF

Abşeron rayonunda bir nəfərin meyiti yaşadığı mənzildən tapılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
51
4
teleqraf.com

5Mənbələr