Bakı. Trend:
Respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolunhərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşıqabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən məlumat verilib.
Bildirilib ki, gecə boyu və səhər saatlarında qarın intensivyağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyiərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qumsəpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub.Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyatvasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yollarınbağlanmasının qarşısı alınıb.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş işrejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraqtəmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davametdirilir.
Agentlik sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünəuyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi,çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarınıtövsiyə edir.