AZ

Qazaxıstan Xalqı Assambleyasının inkişaf konsepsiyasını təsdiqləndi



Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan Xalqı Assambleyasının 2030-cu ilə qədər inkişaf konsepsiyası olan "Birliyimiz müxtəliflikdədir" adlı sənəd təsdiqlənib.

Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Konsepsiya Qazaxıstan Xalqı Assambleyasının daha da inkişafını nəzərdə tutur. Sənəddə ictimai harmoniyanı və milli birliyi təmin etmək üçün ölkənin təşkilinə yönəlmiş yeni prinsiplər və yanaşmalar nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan Xalqı Assambleyası 1 mart 1995-ci ildə yaradılmış prezident yanında məsləhətçi və məşvərətçi orqandır. Bu unikal qurumun missiyası respublikadakı bütün etnik qrupların nümayəndələrini ortaq bir məqsədə doğru birləşdirməkdir.

Süleyman
Seçilən
70
1
newscenter.az

2Mənbələr