AZ

Pentaqon dəniz minalarına qarşı delfinlərdən istifadədən imtina etməyib

ABŞ Müdafiə Nazirliyi delfinləri və suitiləri dəniz minaları və digər sualtı obyektləri axtarmaqla bağlı öyrətmək üçün Hərbi Dəniz Qüvvələrinin proqramına hər il təxminən 77 milyon dollar xərcləyir.

Herbiand.az bildirir ki, bu barədə ABŞ federal büdcəsindəki artıq xərclər barədə illik hesabatda qeyd edilib.

“ABŞ Müdafiə Nazirliyi 120-dən çox delfin və suitiləri “təcrübələr və əməliyyatlar”da əhatə edən lazımsız və köhnəlmiş Hərbi Dəniz Qüvvələrinin dəniz məməliləri proqramına 77 milyon dollar xərcləməyi planlaşdırır”, - Kentukki ştatından olan respublikaçı senator Rend Polun hesabatında yazılıb.

Söhbət bir neçə onillikdir mövcud olan “Dəniz Məməliləri Proqramı”na (Marine Mammal Program) aiddir. Sənəddə qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri əvvəllər müasir sualtı dronların eyni tapşırıqları yerinə yetirməyə qadir olduğunu etiraf etsə də, Pentaqon onu maliyyələşdirməyə davam edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
81
herbiand.az

1Mənbələr