Türk Dil Qurumunun (TDK) ictimaiyyətin iştirakı ilə keçirilən səsvermə nəticəsində 2025-ci ilin sözü “rəqəmsal vicdan” olub.
“Yeni Sabah" xəbər verir ki, təxminən 300 min respondentin qatıldığı səsvermədə seçilən anlayış rəqəmsal dövrdə vicdan və məsuliyyət hissinin bəzən real əməl əvəzinə, sadəcə bir “klik” səviyyəsinə enməsini gündəmə gətirib.
Səsverməyə “rəqəmsal vicdan”, “vicdani korluq”, “çorak”, “fəaliyyətsiz mərhəmət” və “tək tipləşmə” anlayışları təqdim olunmuşdu.
TDK və Ankara Universitetinin birgə keçirdiyi “ilin sözü” səsverməsi cəmiyyətin gündəmini əks etdirən anlayışları önə çıxarmaq, türk dilinin dəyərini vurğulamaq və ictimai dil şüurunu gücləndirmək məqsədi daşıyır.
Telegram kanalımız