Moskva ətrafında saxta kürü sexi aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb. Dələduzlar süni kürünü təbii adı ilə sataraq 7 milyon rubldan çox ziyan vurublar.
Məlumata görə, Moskva vilayətinin Lyubertsy şəhərində saxta kürü istehsal edən gizli sex ləğv edilib. Polis əməkdaşları reyd zamanı oradan 12 tondan çox saxta kürü aşkar ediblər.
Müəyyən edilib ki, fırıldaqçılar imitasiya edilmiş (süni) kürünü topdan alaraq, onu qablaşdırdıqdan sonra təbii qızılbalıq və paltus kürüsü adı altında satıblar.
Dəymiş ziyanın məbləğinin 7 milyon rublu (təxminən 151 min manat) keçdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az