Bakı. Trend:
Bakıda "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusununtəqdimat mərasimi keçirilib.
Trend xəbərverir ki, Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanantoplu ilkin mənbələr əsasında işlənilib.
Layihə çərçivəsində yaradılmış internet resursu 8 əsas bölmə, 34başlıq və 55 alt başlıqdan ibarətdir. Resursda Qərbi Azərbaycanınən qədim dövrlərdən bu günədək təbii-coğrafi şəraiti, tarixicoğrafiyası, arxeologiyası, etnoqrafiyası, siyasi, sosial-iqtisadi,hərbi və mədəniyyət tarixinə dair məsələlər əhatəli şəkildə əksetdirilib.
Layihədə bir məkan (şəhər, rayon və kənd) prinsipi əsasındaəraziyə dair bütün məlumatların asan və rahat şəkildə əldə olunmasıimkanı yaranır.
Tədqiqat Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasınınərazisinə aid hissə) üzrə Azərbaycan xalqına məxsus yaşayışməntəqələrini, milli-mədəni irsə aid dini və tarixi abidələrinmövcud vəziyyətini əhatə edir. Tədqiqat çar Rusiyası və SSRİdövrlərində erməni əhalisinin bu ərazilərə kütləvi şəkildəköçürülərək yerləşdirilməsi siyasətini, yerli azərbaycanlı əhalininetnik təmizləmə, soyqırımı və deportasiyaya məruz qalması tarixini,toponimlərin məqsədli şəkildə dəyişdirilməsini və ərazinin tarixicoğrafiyasını əks etdirən xəritələrin təhlilini elmi əsaslarlatəqdim edir.