
Çin nüvə döyüş başlıqlarının istehsal gücünü artırır və sürətli cavab zərbələrinə hazırlaşır.
Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr ONN və VERTIC-dən əldə olunan peyk görüntülərinə istinad edir.
Analitik Rennie Babiarz bildirir ki, 2019-cu ildən bəri müşahidə olunan dəyişikliklər indiyədək görünənlərdən daha genişdir. Pentaqonun məlumatına görə, Çində nüvə başlıqlarının sayı hazırda 600-dür və 2030-cu ilə qədər 1000-i keçəcəyi gözlənilir.
Çin mənbələri bildirir ki, nüvə briqadaları “xəbərdarlıq üzərinə buraxılış” rejimində ola bilər və təhlükə yaradan raket buraxılışlarına dərhal cavab verməyə hazırdır.
Seyranə QuliyevaMissiya.Az