“Mən “Araz Naxçıvan”a Elmar Baxşıyevdən öncə gəlmişdim. Zaur Axundov onun barəsində məndən “necə məşqçidir?” soruşanda ancaq xoş sözlər demişdim. Həm məşqçi, həm də insan kimi tərifləmişdim. Həqiqətən də Elmar müəllim gözəl insandır”.
Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan”ın məşqçisi Əfran İsmayılov komandanın baş məşqçisi Elmar Baxşıyevin göndərilməsi barədə danışarkən deyib.
O, daha sonra belə davam edib:
“Belə bir qərar verildi. Heç mən orda yox idim. Yenə deyirəm, məni ora gətirən Zaur müəllim olub. Baxşıyevdən öncə mən klubda olmuşam. Bütün qərarlara hörmətlə yanaşmaq lazımdır. Elmar müəllimə də uğurlar arzulayıram. O, çox gözəl insandı. Futbolda belə hallar olur. Elmar Baxşıyevin ayrılmasında qeyri-adi, ciddi bir şey yoxdu. Yeni gələn məşqçinin necə olacağını isə hələ bilmək olmaz. İnşallah ki, komanda üçün uğurlu olar”.
Millimizin sabiq üzvü Baxşıyevin “Araz Naxçıvan”da uğurlu olub-olmadığı barədə verilən suala isə belə cavab verib:
“Onun uğurlu-olub olmadığına rəhbərlik qərar verir. Bu, mənim işim deyil. Məşqçini gətirin də, göndərən də rəhbərlikdir. Mən klubda adi işçiyəm. Bu barədə çox danışa bilmərəm”.
Həsən Quluzadə