Daşkənd. Trend:
“Uzbekneftqaz” SC SOCAR şirkəti ilə Məhsul Bölgüsü Sazişi (MBS)çərçivəsində Üstyurt regionunun investisiya bloklarında aparılangeoloji-kəşfiyyat işlərinin gedişini müzakirə ediblər.
Trend bu barədə“Uzbekneftqaz” SC-yə istinadən məlumat verir.
Məsələ “Uzbekneftqaz” SC-nin İdarə Heyətinin sədri AkmalSənginov və SOCAR-ın vitse-prezidenti Arzu Cavadovaa arasındakıişgüzar görüş zamanı müzakirə olunub.
Tərəflər, həmçinin karbohidrogenlərin hasilatı üzrə layihəninnövbəti icra mərhələsini nəzərdən keçiriblər.
Hər iki şirkətin rəhbərliyi birgə layihənin icrası çərçivəsindəəldə olunan nəticələri müsbət qiymətləndirərək, qarşıya qoyulantapşırıqların vaxtında yerinə yetirildiyini qeyd edib.
Bildirilib ki, seysmik tədqiqatlar çərçivəsində regionda ilkdəfə olaraq müasir texnologiyalar geniş miqyasda tətbiq olunur.İstifadə edilən həllərin bəziləri Üstyurt ərazisi üçün unikalxarakter daşıyır. Bu yanaşma geoloji-kəşfiyyat işlərininsürətləndirilməsinə, əldə edilən geofiziki məlumatlarınkeyfiyyətinin və dəqiqliyinin artırılmasına, eləcə də Özbəkistanınneft-qaz sənayesində yeni texnoloji imkanların və qabaqcılstandartların formalaşmasına töhfə verir.
Görüşün yekununda tərəflər layihənin növbəti mərhələlərininəlaqələndirilməsi və planlaşdırılan tədbirlərin səmərəli icrasınıntəmin edilməsi barədə razılığa gəliblər.