AZ

Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib - TƏHVİL VERİLDİ

Özbəkistan prezidenti Şavkat Mirziyoyev barədə açıq efirdə təhqiramiz ifadələr işlədən bloger Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil verilib.

Olaylar.az xəbər verir ki, A.Y. adlı şəxs 2023-cü ilin fevral ayında Almatı şəhərində olarkən TikTok sosial şəbəkəsində "Sherxon" adlı profil vasitəsilə canlı yayım açıb və Özbəkistan prezidentinin şərəf və ləyaqətini açıq şəkildə təhqir edib.

A.Y. Azərbaycan ərazisində saxlanılıb və hüquqi prosedurlardan sonra Özbəkistan tərəfinə təhvil verilib. Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib:

"2023-cü ilin fevralında TikTok platformasında ölkəmizin rəhbərini təhqir etmişəm. Etdiyim hərəkətdən peşmanam və bir daha belə ifadələr işlətməyəcəyəm".

Qeyd edək ki, saxlanılan şəxs Özbəkistanın *Kaşkadərya vilayəti*nə bağlı Kitab rayonunun sakinidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
olaylar.az

1Mənbələr