AZ

Bitkoinin qiyməti təxminən 3% artım göstərib

Kapitallaşma baxımından dünyanın ən böyük kriptovalyutası olan bitkoinin dəyəri təxminən 3% artım nümayiş etdirib. Bunu “Binance” platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, bitkoinin qiyməti 2,84% artaraq 90 260 dollar səviyyəsində olub.

“CoinMarketCap”in 29 dekabr tarixinə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 3,05 trilyon dollar təşkil edib. Bunun 1,799 trilyon dolları (59,1%) bitkoinin, 366,920 milyard dolları (12,1%) isə Ethereum-un payına düşür.

Seçilən
96
9
banker.az

10Mənbələr