AZ

Təhlükəli qida kombinasiyaları müəyyən edildi

"Çoxlu müxtəlif növ ətin kartof, makaron və ya desertlərlə birlikdə qəbulu qida topasının yaranmasına səbəb ola bilər"

Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya Aakademik Roytberq Klinikasının həkim-gastroenteroloqu Yevgeni Belousov bildirib.

O deyib ki, Yeni il bayramı həzm sisteminə ciddi yük düşən vaxtdır. Yağlı, qızardılmış, duzlu və şirin yeməklərin spirtli içkilərlə birlikdə çoxluğu mədə-bağırsaq traktının xroniki xəstəliklərinin, o cümlədən qastrit, pankreatit, xolesistit və qıcıqlanmış bağırsaq sindromunun kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə “ziddiyyətli” yemək birləşmələri təhlükəlidir.

“Məsələn, yağlı ət qəlyanaltılarının (donuz əti və ya ördək) süd məhsulları (pendir, xama) ilə birlikdə qəbulu həzmi ləngidir və mədəaltı vəzə əlavə yük yaradır. Spirtli içkilərin qazlı içkilərlə birləşməsi etanolun sorulmasını gücləndirir və mədənin selikli qişasını qıcıqlandırır. Çoxlu müxtəlif növ ətin (hisə verilmiş, duzlu, qızardılmış) nişasta tərkibli qarnirlər (kartof, makaron) və şirin desertlərlə qarışdırılması həzm olunması çətin olan qida topası yaradır və bu, köp, ürəkbulanma, turşu qalxması, hətta meyilli şəxslərdə kəskin pankreatitə səbəb ola bilərş

Həmçinin spirtli içkiləri yağlı balıqla (somon, salla, yağda siyənək) birləşdirmək olmaz — bu, öd ifrazını gücləndirir və öd kisəsində daş olduqda öd sancısını tətikləyə bilər”, – deyə həkim bildirib.

Seçilən
105
publika.az

1Mənbələr