Baku TV-də "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
2025-ci ildə 63 kişinin məişət zorakılığına məruz qalaraq polisə müraciət etməsi cəmiyyətdə hansı görünməyən problemlərin göstəricisidir?
Bayram ərəfəsində saxta məhsulların və kiberdələduzluğun artması nə üçün hər il təkrarlanan "adi hala" çevrilir?
Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən sex kimi qanunsuz istehsal yerləri necə olur ki, uzun müddət nəzarətdən kənarda qala bilir?
Qaçaqmalçılıq təkcə böyük şəbəkələrin işi deyilsə, bu zəncirin formalaşmasında sadə vətəndaşın məsuliyyəti haradan başlayır?
İşsiz müəllim namizədlərindən işə qəbul imtahanı üçün ödəniş tələb etmək nə dərəcədə ədalətli və məntiqlidir?
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.