AZ

I Liqanın məğlubiyyətsiz lideri

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şəfa” I Liqada fasiləyə lider yollanıb. Bakı təmsilçisi 12 turdan sonra 30 xalla birinci sıradadır. Komanda ən yaxın izləyicisi “Baku Sportinq”i 5 xal qabaqlayır.

Ötən il II Liqasından I Liqaya vəsiqə qazanan bakılılar yaxşı heyət qurub. Komandada Emin Zamanov, Zahid Mərdanov, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Amil Yunanov, İsmayıl Zülfüqarlı, Ramin Nəsirli kimi Premyer Liqa təcrübəsi olan futbolçular yer alır. “Şəfa”nın liderliyi və 12 turda məğlub olmaması təəccüblü deyil.

I Liqada maraqlı məqam isə ötən il Premyer Liqanı tərk edən “Səbail”in üçüncü sırada qərarlaşmasıdır. Heyətinə görə demək olar, ən yaxşı komanda hesab edilən “dənizçilər” liderdən 8 xal, ikinci pillədən isə üç xal geridədir. Bir neçə tur öncə baş məşqçi Elvin Məmmədovla vidalaşan və postu Adil Şükürova həvalə edən Bayıl klubu son matçlardakı uğursuz nəticələr üzündən geriləyib. Xüsusilə son turda autsayder “Şimal”a 3:4 hesablı məğlubiyyət ciddi zərbə olub.

I Liqada fasilə fevralda bitəcək. Lider “Şəfa” əsas rəqibi “Baku Sportinq”i qəbul edəcək. Qələbə komandalar arasındakı xal fərqini 11-ə yüksəldəcək. “Səbail” isə səfərdə “Zaqatala”nın qonağı olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
futbolpress.az

1Mənbələr