BAKI, 29 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin məmurların illik gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı tələbin ləğvini nəzərdə tutan qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, müvafiq sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc olunub. Qanuna əsasən, dövlət qulluqçularının maliyyə və əmlak vəziyyətinə nəzarət “Poseydon” adlı dövlət sistemi vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.
Bildirilib ki, əmlak barədə bəyannamə yalnız dövlət qulluğuna qəbul zamanı və vəzifə dəyişikliyi halında təqdim olunacaq.
Qeyd edək ki, dekabrın 24-də Rusiya Federasiya Şurası illik gəlir bəyannamələrinin ləğvini təsdiqləmişdi.