Gümüşün birja qiyməti tarixi maksimuma çataraq, bir troya unsiyası üçün 82 dollar həddini keçib.
Publika.az xəbər verir ki, bu barədə Comex birjası məlumat yayıb.
Bakı vaxtı ilə saat 03:05-ə olan məlumata görə, 2026-cı ilin mart ayı üzrə çatdırılma qiyməti 7,09% artaraq bir troya unsiyası üçün $82,67 təşkil edib. Bu, tarixdə ilk dəfə olaraq onun qiymətinin 82 dolları keçdiyini göstərir.