AZ

Tramp: Ukrayna üçün təhlükəsizlik zəmanətləri hələ razılaşdırılmayıb...

ABŞ prezidenti razılaşmanın məzmunu və tərəfdaşlıq formatı barədə açıqlıq verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair razılaşma hələ dəqiqləşdirilməyib. Tramp qeyd edib ki, “heç kim təhlükəsizlik razılaşmasında nə olacağını dəqiq bilmir”. O, eyni zamanda razılaşmanın ikitərəfli və ya çoxtərəfli formatda olub-olmayacağını açıqlamayıb.

Dekabrın 28-də Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün əvvəlində Avropa ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində fəal rol oynayacağını bildirib.

Ukrayna prezidenti görüş zamanı qeyd edib ki, danışıqların əsas məqsədi sülh planının yalnız 10%-lik maddələrini razılaşdırmaqdır. Bu maddələrə ərazi məsələləri və Zaparoje Atom Elektrik Stansiyası üzərində nəzarət kimi vacib məsələlər daxildir. Ekspertlər hesab edirlər ki, Tramp və Zelenski arasındakı görüş Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunması və sülh planının irəliləyişi baxımından strateji əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr