AZ

Tərlan Quliyev: "Heç kimə yuxarıdan aşağı baxmaq ixtiyarımız yoxdur"

Birinci Liqada mövsümün birinci yarısı arxada qaldı. Gözlənilənlərin əksinə olaraq, qış fasiləsinə “Səbail” yox, “Şəfa” lider olaraq yollandı. Özü də məğlubiyyətsiz və ən yaxın izləyicisi “Baku Sportinq”i beş xal qabaqlayaraq.

İdman.Biz xəbər verir ki, mövsümü dəyərləndirən komandanın “Şəfa”nın kapitanı Tərlan Quliyev sportinfo.az-a açıqlamasında hətta daha yaxşısını etmək gücündə olduqlarını bildirib.

“Bəli, istədiyimizə nail olduq. Bilirdik ki, çempionluq mübarizəsi çətin keçəcək. Amma heyətimizdə yer alan oyunçulara əmin olaraq bilirdik ki, qış fasiləsinə birinci pillədə yollanacağıq. Sadəcə bu futboldur, bəzən gözləmədiyin şeylər baş verə bilir. Kollektivin potensialı göstərdi ki, bundan da artığını edə bilərik”, - deyə mütəxəssis söyləyib.

Zəngin Premyer Liqa təcrübəsi olan sabiq baş məşqçi gələcəklə bağlı isə bir qədər ehtiyatlı danışıb:

“Əsas odur fasiləyə lider kimi yollanırıq. Düzdü, ikinci yarı daha ağır olacaq. Bunu bilirik və buna uyğun hazırlaşacağıq. Hazırda sonuncu pillədə olan "Şimal" "Səbail"ə 4 qol vurursa, deməli, çox ciddi hazırlaşmaq və bütün rəqiblərə hörmət etmək lazımdır. Çox istərdik ki, sona həftələr qalmış çempionluq arzumuz gerçəkləşsin. Bütün gücümüzü bu yolda səfərbər edəcəyik. Bunun üçün fasilədə çalışmaq lazımdır. Ən əsası rahatlaşmaq olmaz. Sözdə yox, meydanda heç kimə yuxarıdan aşağı baxmaq ixtiyarımız yoxdur”.

İdman.Biz
Seçilən
29
2
idman.biz

3Mənbələr