AZ

Misir Mərdanov AMEA-dan buna görə çıxarılıb


Azia.az ”Editor.az"a istinadla xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Qeyd edək ki, uzun illər Azərbaycanın təhsil naziri vəzifəsində çalışan M. Mərdanov son dövrlərdə elmi fəaliyyətini AMEA-da davam etdirirdi.


Seçilən
18
7
azia.az

10Mənbələr