AZ

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.

NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, qəza “Leksus” markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

Hadisə nəticəsində F.Rüstəmova ilə yanaşı, onun bacısı – 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Seçilən
26
12
nocomment.az

10Mənbələr