Suriyanın Latakiya və Tartus şəhərlərində hökumət əleyhinə etirazların şiddətlənməsindən sonra ordu bölmələri iğtişaşları yatırmaq üçün şəhər mərkəzlərinə daxil olub.
Suriya Müdafiə Nazirliyi ordu bölmələrinin "qanunsuz qruplar"ın artan hücumları qarşısında təhlükəsizliyi bərpa etmək üçün Latakiya və Tartusa girdiyini açıqlayıb.
Suriya Daxili İşlər Nazirliyi isə təhlükəsizlik qüvvələrini hədəf almağın qanuna görə ciddi cinayət olduğunu vurğulayıb və iğtişaşlarda iştirak edənlərin təqib olunacağını və lazımi hüquqi prosedurların başlanacağını bildirib.
Latakiya Səhiyyə İdarəsi zorakılıq nəticəsində biri təhlükəsizlik işçisi də daxil olmaqla üç nəfərin öldüyünü və 55-dən çox insanın yaralandığını açıqlayıb.
TAHİR