Xankəndiyə mövsümün ilk qarı yağıb.Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.
Xezerxeber.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib.Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülüb.
İlk qarın sevinci Laçında da yaşanıb. Şəhər ağ örpəyə bürünüb.
Ağdərə rayonuna da güclü qar yağıb. intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da xüsusi texnikalar vasitəsilə avtomobil yolları qardan təmizlənib.
Qubaya yağan qar bir çoxunu sevindirib. Xüsusilə Qəçrəş istiqaməti turistik bölgə olduğu üçün qar mənzərəsini görmək istəyənlər Qubaya üz tutub.
Bəzi yerlərdə avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.