AZ

Yeraltı qaz xətlərinin yenilənməsi işləri sahibkarları işıqsız qoyduVİDEO

Qaz borularını dəyişdirilməsi zamanı yeraltı elektrik xəttini zədələnməsi 3 gündür ərazini işiqsız qoyub.

Xezerxeber.az xəbər verir ki, bir neçə gün öncə Xətai rayonunun Lütfüzadə küçəsində aparılan yeraltı qaz xətlərinin yenilənməsi işləri gözlənilməz problemlə nəticələnib. Əraziyə cəlb olunan Azəriqaz İstehsalat Birliyinin əməkdaşları iş zamanı elektrik xətlərini zədələyib. Nəticədə yaxınlıqda fəaliyyət göstərən avtoehtiyat hissələri mağazası və avtoservis işıqsız qalıb.

İşıqsız qalan obyektlərdə təkcə iş prosesi yox, hətta bəzi avtomobillər qaldırıcıda qalıb. Sahibkarlar deyirlər ki, vəziyyət getdikcə daha da çətinləşir.

Biz də məsələyə aydınlıq gətirmək üçün Azəriqaz İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, ərazidə yaranmış problem ciddi şəkildə araşdırılacaq və nasazlıq aradan qaldırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
117
2
xezerxeber.az

3Mənbələr