AZ

Tramp Putin ilə “məhsuldar” danışıqdan sonra Zelenski ilə görüşəcək

ain.az bildirir, Yeniavaz portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə platforması “Truth Social” üzərindən yayımladığı paylaşımında Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı” və “çox məhsuldar” telefon danışığı apardığını bildirib.

Yeniavaz.com xəbər verir ki, Trampın sözlərinə görə, söhbət Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən bir neçə saat əvvəl baş tutub.

“Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşümdən əvvəl Rusiya Prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş “Mar-a-Laqodak”dakı əsas yeməkxanada keçiriləcək. Mətbuat dəvətlidir. Diqqətinizə görə təşəkkür edirəm!”, – Tramp paylaşımında qeyd edib.

Görüşün mövzusu və ya gündəliyi barədə rəsmi məlumat verilməsə də, Trampın Putininlə telefon danışığı fonunda Zelenski ilə görüşü beynəlxalq mediada diqqət çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
15
yeniavaz.com

10Mənbələr