AZ

İlin komandasında kimlərin adı var?

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünya üzrə rəmzi yığmanı açıqlayıb.

QOL.az xəbər verir ki, qurumun sıralamasına görə, "ilin komandası"nda aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”)

Müdafiəçilər: Nunu Mendeş, Vilyam Paço, Əşrəf Hakimi (hamısı PSJ);

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri, Lamin Yamal (hər ikisi “Barselona”);

Hücumçular: Kilian Mbappe (“Real”), Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Usman Dembele (PSJ).

Qeyd edək ki, daha əvvəl qurum ilin ən yaxşı məşqçilərini də elan etmişdi. Klub səviyyəsində bu ada Luis Enrike (PSJ), milli komandalar arasında isə Luis de la Fuente (İspaniya millisi) layiq görülüb.

Seçilən
45
1
teleqraf.com

2Mənbələr