AZ

"İllərdir anamı görmürəm" - Samir Bağırov

"Anamla çoxdandır görüşmürəm. Amerikada yaşayır. Çox illər keçib. Hər gün video zənglə danışırıq. Mənim birinci fanatımdır. Hər dəfə zəng edir bunu geyin, onu et. İstəyir mən ciddi kostyumlar geyinim. Azad tərzdə geyinməyi xoşlamır".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov "Həftənin qonağı" verilişində deyib. Sənətçi ilk dəfə ailəsindən danışıb:

"Gedəndə məni orada qalmağa məcbur edirlər. Ona görə də Amerikaya getmirəm. Atamla münasibətim də yaxşıdır. Bir müddət anamla ayrılanda küsülü idim. Anam bacımla mənə şərt qoydu ki, məni sevirsinizsə, onunla danışmayın. Sonra sakitləşdi. Mənim onun xanımı ilə də əlaqəm var. Bacım da Niderlandda yaşayır. Bacımın birinci əri yarı italyan, yarı kolumbiyalı idi. Bacımın böyük qızının əri bolqar, ikinci qızın əri isə niderlandlı oldu. Biz dünya vətəndaşıyıq". (Axşam.az)

Milli.Az

Seçilən
43
5
milli.az

6Mənbələr