İspaniyanın "Barselona" klubu müdafiənin mərkəzini gücləndirmək üçün gənc və təcrübəli oyunçulardan ibarət transfer siyahısı hazırlayıb.
Fanat.Az xəbər verir ki, kataloniyalıların hədəfində "Mançester Siti"nin üzvü Natan Ake, "Tottenhem"in gənc istedadı "Luka Vuşkoviç" və "Volfsburq"dan Konstantinos Koulierakis yer alır.
İnyiqo Martinesin uzunmüddətli əvəzləyicisi axtarışında olan klub rəhbərliyinin yanvar ayında rəsmi addımlar atacağı gözlənilir.
Xüsusilə Bundesliqada çıxış edən Koulierakisin performansı skautlar tərəfindən yaxından izlənilir.
Kamil Xudiyev