AZ

Lavrov xəbərdarlıq etdi - Rusiyaya hücum ediləcəyi təqdirdə...


Sergey Lavrov Rusiyaya hücum ediləcəyi təqdirdə dağıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib.

O, Rusiyanın kiməsə hücum edəcəyi ilə bağlı qorxuların əsassız olduğunu bildirib: “Avropadakı anlaşılmaz siyasətçilər üçün, ümid edirəm ki, bu müsahibəni onlara göstərəcəklər, bir daha təkrar edirəm: Rusiyanın kiməsə hücum edəcəyi qorxusuna ehtiyac yoxdur”.

Bununla yanaşı, rusiyalı diplomat vurğulayır ki, “əgər kimsə Rusiyaya hücum etməyi düşünərsə, cavab dağıdıcı olacaq”.Onun sözlərinə görə, bu barədə Rusiya prezidenti də dəfələrlə açıq şəkildə xəbərdarlıq edib.

Eyni zamanda, xarici işlər naziri bildirir ki, ABŞ administrasiyası dəyişdikdən sonra Avropa İttifaqı sülh üçün əsas maneəyə çevrilib.“Orada Rusiya ilə müharibəyə hazırlaşmaq planlarını gizlətmirlər”, – deyə Lavrov qeyd edib.

TAHİR

Seçilən
15
baki-xeber.com

1Mənbələr